“Əgər məndən missiyamın nə olduğunu soruşsalar, cavabım çox sadə olar: qadınlara öz güclərini xatırlatmaq və bu gücü real nəticələrə çevirməyin yolunu göstərmək. İstəyirəm ki, hər bir qadın öz adını, mövqeyini və həyatını müstəqil şəkildə formalaşdıra biləcəyini bilsin.”

Sevda Məmmədova bu gün Azərbaycanda qadınların inkişafı, şəxsi brendinq, biznes və rəqəmsal sahələri vahid istiqamətdə birləşdirən simalardan biri kimi fəaliyyət göstərir. Onun peşəkar mövqeyini ifadə edən əsas konsepsiya isə konkretdir: “Qadınlar üzrə birinci.”

Bu ifadə yalnız bir sloqan deyil, illər ərzində formalaşmış fəaliyyət istiqamətinin və həyata keçirilmiş layihələrin ümumi məzmununu əks etdirir. Sevda Məmmədova qadınların şəxsi və peşəkar inkişafına istiqamətlənmiş çoxsaylı müəllif seminarları və layihələr həyata keçirmiş, yüzlərlə qadınla mentorluq və konsultasiya formatında çalışmışdır.

Onun qadınlar üçün yaratdığı layihələr sırasında FEMPIRE Academy xüsusi yer tutur. Qadınların transformasiyasına yönəlmiş platformalardan biri olan akademiyanın əsas məqsədi iştirakçılara yalnız motivasiya verməklə məhdudlaşmır. Burada düşüncə tərzinin formalaşdırılmasından şəxsi brendin qurulmasına, karyera və biznes inkişafından özünəinamın gücləndirilməsinə qədər müxtəlif istiqamətləri əhatə edən kompleks yanaşma əsas götürülür.

Sevda Məmmədovanın sosial media platformalarındakı auditoriyasının əhəmiyyətli hissəsini də qadınlar təşkil edir. O, öz platformasında motivasiya, şəxsi inkişaf, karyera, biznes və şəxsi brendinq mövzularına toxunur. Bununla belə, onun yanaşmasında motivasiya son məqsəd deyil, inkişaf prosesinin başlanğıc mərhələsi kimi təqdim olunur:

“Bir qadına “sən bacararsan” demək kifayət deyil. Əsas məsələ onun potensialını real nəticəyə, gəlirə və təsir imkanına çevirməsinə dəstək olmaqdır.”

Sevda Məmmədovanın peşəkar fəaliyyətinin əsas istiqamətlərindən biri rəqəmsal biznes sahəsidir. O, uzun illərdir bu istiqamətdə fəaliyyət göstərir və SEVAS Digital Agency-nin təsisçisidir. Agentlik bizneslər üçün brendinq, rəqəmsal strategiya, sosial media idarəçiliyi, dizayn və digər rəqəmsal həllər təqdim edir.

Biznes və marketinq sahəsində qazandığı təcrübə onun qadınlarla bağlı layihələrinə də sistemli yanaşma gətirib. Bu fəaliyyət modelində motivasiya ilə yanaşı, strategiyanın müəyyənləşdirilməsi, düzgün sistemin qurulması və ölçülə bilən nəticələrin əldə olunması əsas istiqamətlər sırasında yer alır.

Hazırda Sevda Məmmədova biznes strateqi, spiker və influenser kimi də fəaliyyətini davam etdirir. Beynəlxalq brendlərlə əməkdaşlıqları, müxtəlif layihələrdə iştirakı, geniş auditoriyalar qarşısında çıxışları və müəllif layihələri onun şəxsi brendinin biznes, media və həyat tərzi istiqamətlərində inkişafına imkan yaradıb.

Onun qarşıdakı əsas hədəflərindən biri “Qadınlar üzrə birinci” ifadəsini yalnız şəxsi brendinin sloqanı kimi deyil, Azərbaycanda qadınların inkişafı, transformasiyası və potensialının reallaşdırılması ilə assosiasiya olunan konsepsiyaya çevirməkdir.

“Mən “birinci” olduğumu söyləməklə kifayətlənmək istəmirəm. Məqsədim bu mövqeyi həyata keçirdiyim hər yeni layihə, səhnə çıxışım və fəaliyyətimin nəticələri ilə əsaslandırmaqdır.”

@sevasboss